Təmsilçimiz Dünya kubokunda final mərhələsinə yüksəlib
11.04.2025 - 19:26

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nikita Simonov halqalarla hərəkətlərdə finala yüksəlib.
O, təsnifatda dördüncü nəticəni göstərib - 14.333. Bu yarışda türk Adem Asil (14.400) birinci yerdən finala yüksəlib.
Qeyd edək ki, Simonov Dünya kubokunun ümumi turnir cədvəlinə başçılıq edir. O, Bakıda mərhələnin qalibi olub, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində gümüş medal qazanıb.
- "Real Madrid" yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
- Millimiz Xorvatiya ilə heç-heçə etdi
- Premyer Liqada mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Filip Ozobiç: “Hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm” - MÜSAHİBƏ
- Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı
0
0