Təmsilçimiz yarımfinala yüksəlib
22.02.2025 - 16:24

Azərbaycanın batut gimnası Selcan Mahsudova Bakıda keçirilən Dünya kubokunda yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Olimpiya iştirakçısı, dəfələrlə Dünya kuboklarının mükafatçısı olan idmançımız təsnifat mərhələsində 5-ci nəticəni göstərib.
O, hakimlərdən 55.000 xal alıb.
Olimpiadanın gümüş mükafatçısı neytral idmançı Violetta Bardzilovskaya ilkin mərhələdə hamıdan üstün nəticəyə imza atıb.
Azərbaycanın digər batut gimnastı Şəfiqə Hümbətova isə 18-ci olub.
0
0