Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start verilib.
Elman Ağayev (57 kq) debütdə yunanıstanlı Andreas Parotsidisi vaxtından əvvəl (13:2) xalçadan məyus yola salsa da, 1/4 finalda gürcüstanlı Luka Qvinjiliyaya məğlub olub – 2:12.
Musa Ağayev (65 kq) ukraynalı Yuri Vovku (11:4) mübarizədən kənarlaşdırsa da, türkiyəli Abdullah Topraka uduzub – 2:4.
Kənan Heybətov (70 kq) fransalı Seyfulla İtayevə (10:5) və gürcüstanlı Davit Patsinaşvili (6:2) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Belaruslu Mikita Demçankaya da vaxtından əvvəl (11:0) qalib gələn həmyerlimiz adını finala yazdırıb. Heybətov həlledici görüşdə rusiyalı İnalbek Şeriyevlə qarşılaşacaq.
Ali Tsokayev (79 kq) bolqarıstanlı Radomir Stoyanov (11:0), finlandiyalı Yoona Vuoti (10:0) və moldovalı Marius Retkonu (10:0) tam üstünlüklə məğlub edib. Təmsilçimiz finalda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək.
Rəvan Musayev (97 kq) ilk mərhələdə rusiyalı Soslan Caqayevə uduzub – 2:11. Rəqib finala yüksəldiyi üçün Musayev sabah təsəlliverici görüşdə rumıniyalı Georgian Triponla üz-üzə gələcək.
- "Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub
- Rəşad Sadıqov: “Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik”
- Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib
- Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ