
Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsinə start verilib.
Apasport.az xəbər verir ki, bir güləşçimiz finala vəsiqə qazanıb.
59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova ilk görüşdə almaniyal Luna Rotenbergerə (12:2), sonra rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ruzanna yarımfinalda litvalı Anna Tieliegina qarşılaşıb. 9:5 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Yelena Kurova (AİN) ilə üz-üzə gələcək.
Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq) və Fatimə İsayeva (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.
- Avropa Oyunları: Kikboksçumuz finalda - FOTOLENT
- Zamiq Əliyev Albaniya kubokunun yarımfinalında
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- Rauf Mehdiyev: "Rakov"la görüşdə Şahruddin sözünü deyəcək" - MÜSAHİBƏ
- “Mançester Yunayted” Maquayrı “Çelsi”yə buraxmadı