Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 3 təmsilçimiz mübarizəyə qoşulacaq.
Yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.
Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
- Super Liqa: “Başakşəhər”dən minimalhesablı qələbə - VİDEO
- ÇL: “Mançester Siti” “İnter”ə rəqib oldu
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Hakimlik barədə mənə sual verməyin" - Adil Şükürov