Daha bir güləşçimiz 1/4 finala vəsiqə qazandı
                    
                    05.04.2024 - 14:01
                        
                    
                    Azərbaycanın daha bir güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdıraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb. O, rəqibini 5:2 hesabı ilə üstələyib.
Daha əvvəl Beka Kandelaki (130 kq) qələbə qazanıb, İslam Abbasov (87 kq) isə məğlub olub.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
- Əfran İsmayılov: “Qarabağ” “Bayer”dən üstün futbol nümayiş etdirdi - Müsahibə
 - Haitili futbolçu üçün yarış: "Neftçi", "Qarabağ", "Sabah"
 - Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi
 - “Futbolçu olmaq üçün 15 yaşımda evdən qaçdım” - ULDUZLAR
 - Qitə çempionatı Almaniya büdcəsinə nə qədər xeyir verəcək?
 
                                
                                0
                                
                                0