Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 2 medal qazanıblar
06.05.2025 - 23:57
Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.
Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, sabah 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.
- İngiltərə millisi əsas komanda oyunçusunu itirə bilər
- “Qarabağ”ın prezidenti: “Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik”
- “Qalatasaray” Lemina ilə bağlı qərarını verdi
- Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayacaq
- III MDB Oyunları: Stolüstü tennis üzrə yarışlara start veriləcək
0
0