Güləşçimiz bürünc medal qazandı
29.10.2024 - 20:59
Bu gün Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada qadın güləşi üzrə qaliblər müəyyənləşib.
Apasport.az xəbər verir ki, ölkəmizi yeniyetmə və gənclərdən ibarət millinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında 4 güləşçi təmsil edib.
Onlardan üçü fəxri kürsüyə qalxıb. Nəzrin Əhmədli (43 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Esra Məmmədli (57 kq) gümüş medal qazanıb. Fatimə Bayramova (53 kq) isə bürünc medalı boynundan asıb.
Beləliklə, qadın güləşçilərimiz Bəhreyndə 1 dəst medal əldə edib.
- "Neftçi" - "Zenit" oyununun biletləri satışda
- "Turan Tovuz" növbəti transferini reallaşdırıb
- "Neftçi": Dəyişməyən dəyərlər, dəyişməyən hədəflər - VİDEO
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Millimiz AÇ-yə dəniz səviyyəsindən 1700 metr yüksəlikdə hazırlaşır
0
0