Güləşçimiz paytaxtdakı turnirə qələbə ilə başlayıb
05.04.2024 - 12:59
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.
Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- Zeynəb Rəhimova Avropa Oyunlarında mübarizəni dayandırdı - FOTO
- Alfonso Dominqes: “Çox çətin döyüş oldu“
- “Sürix”in baş məşqçisi: “Qarabağ”ın 5:1 hesablı qələbəsi məni qorxutmur"
- “Beşiktaş”ın yetirməsi Portuqaliya klubunda
0
0