Günay Qurbanova yenidən Avropa çempionu oldu
12.03.2026 - 23:51
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın 4-cü günündə iki qadın güləşçimiz final görüşünə çıxıb.
Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medalı boynundan asıb.
Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn güləşçimiz ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U23 Avropa çempionu olub.
- Dünya çempionatı: Millimiz yarımfinalda heç-heçə edib
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB
- Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəlib
- Səudiyyə Ərəbistanı DÇ-2034-ə 16 stadion ayırıb
0
0