İdmançımız dünya ikincisi olub
21.08.2025 - 21:55

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
- "Neftçi"nin müdafiəçisi: "Əsla ruhdan düşməyin"
- I Liqada XIX turun təyinatları Müəyyənləşib
- Dmitri Yeremeyev: “AFFA-dakılar futbolun nə olduğunu bilmirlər” - OFSAYD
- “Sabah” Türkiyədə beynəlxalq futbol turnirində çıxış edəcək
0
0