Millimiz dünya ikincisi oldu
29.07.2026 - 22:39
Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub.
Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Əvəzedicilər liqası: XIII turun təyinatları
- 17 ildir tikintisi yarımçıq dayandırılan Şirvan şəhər stadionu - VİDEO
0
0