İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatında bu gün ilk mükafatçılar bəlli olacaq.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşçilərinin medal mübarizəsində Azərbaycan millisinin 3 idmançısı qüvvəsini sınayacaq.
Hər 3 yığma üzvü bürünc medal uğrunda gücünü yoxlayacaq.
U-17 dünya çempionatı
Yunan-Roma güləşi
4️8️ kq
Əmrah Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda Yediqe Tolevtayevlə (Qazaxıstan) üz-üzə gələcək.
55 kq
Əli Nəzərov təsəlliverici görüşdə özbəkistanlı Sərdar Xolmurzayevə 3:10 hesabıyla məğlub olub və mundialı 5-ci pillədə bitirib.
65 kq
Yarımfinalda məğlubiyyətə üzülən Emil Abdullayev 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi Cəbrayıl Umxadjiyev (AİN) olacaq.
80 kq
Finalın 1 addımlığında büdrəyən Orxan Hacıyev də bürünc medal uğrunda mübarizə aparacaq. O, ukraynalı Vladislav Solodçukla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında bu gün 2 güləşçimiz yarımfinala yüksəlib.
- Azərbaycan avarçəkənləri “Prezident Kuboku 2024”-də növbəti medalı qazanıblar
- “Arsenal” belçikalı uğrunda mübarizədə favoritdir
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Klopp Ançelottiyə söz atdı: “Karlo, biz gəlirik!”
- Veteran cüdoçularımız dünya çempionatında 4 medal qazanıb