Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə milli komandaların Göygöl toplanışı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası hazırlıq prosesində milli üzvləri üçün praktiki seminar təşkil edib.
Seminarda l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib. O, həmçinin, idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da öz tövsiyələrini çatdırıb.
Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalarla da təşkil edəcək.
- Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
- "Neftçi"nin futbolçusu millidə dubl etdi
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Şamaxıda sülh, "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB