Üç güləşçimiz yarımfinalda!
21.05.2024 - 15:17
Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxarlarsa, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.
- Balabəy Ağayev Avropa çempionatında finala yüksəlib
- “Çelsi” > La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqa
- Moldova millisinin baş məşqçisi: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq”
- "Neftçi" və "Qarabağ"ın legionerləri oynadı, komandaları Türkiyəni məğlub etdi
- İlin 2-ci "Böyük Dəbilqə" yarışında hansı cüdoçularımız güləşəcək?
0
0