Yunan-Roma güləşçimiz Avropa çempionu olub
14.03.2025 - 23:53
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.
- “Fehervar”ın kapitanı: “Qəbələ” oyunu kobud şəkildə pozmağa çalışırdı”
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
- "Bavariya"dan İngiltərə klubuna - RƏSMİ
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- Qurban Qurbanov: "Bayer"lə görüşlər bizim üçün böyük təcrübədir"
0
0