2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, Cəlilabad Olimpiya Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları mübarizə aparıblar.
Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edən "Cəlilabad" komandasının qələbəsi ilə nəticələnib. İlk iki pillədə qərarlaşan komandalar ölkə birinciliyinə qatılmaq hüququ əldə ediblər.
Qeyd edək ki, Qərb bölgəsini təmsil edən komandalar arasında yarışın qalibi Mingəçevir həndbolçuları olublar.
- Minifutbol üzrə millimiz Avropa çempionatında növbəti oyununa çıxacaq
- 10 gündə 3-cü "Neftçi" - "Sumqayıt" dueli - Biletlər satışda
- Fransanı İngiltərəyə dəyişir
- “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb
- İsveç millimizi təntənəli şəkildə D Liqasına yolladı - YENİLƏNİB