Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirə start verilib.
Apasport.az xəbər verir ki, yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran AHF-nin vitse-prezidenti Orxan Abbasov, ənənəvi turnirin əhəmiyyətindən söz açıb, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etməyin mənəvi borc olduğunu bildirib.
Ümummilli Liderin siyasətinin bu gün də uğurla davam etdirildiyini deyən Orxan Abbasov, Azərbaycan idmanının dünya arenasında layiqincə təmsil olunmasının, ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Qardaş ölkələrin komandalarına təklifi qəbul etdiklərinə görə minnətdarlığını bildirən federasiya rəsmisi iştirakçılara uğurlar arzulayıb.
Dövlət himni səsləndirildikdən sonra, Ulu Öndərin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə sona çatıb.
Qeyd edək ki, bu gün başlanan turnirə sentyabrın 3-də yekun vurulacaq.
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- Qurban Qurbanov: "Bu, mənim "Qarabağ"ım idi"
- Naynqolan əsas komandadan kənarlaşdırıldı
- Alim Qurbanovun təhqirinin qiyməti – 600 manat