"Yarış mənim üçün gərgin və maraqlı keçdi".
Apasport.az xəbər verir ki, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının Suqovuşan mərhələsində 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda bürünc medal qazanan Azərbaycan təmsilçisi Amil Ramazanov deyib.
O, birinci yeri tuta bilməməsinin səbəbini rəqiblərinin çox güclü olması ilə əlaqələndirib: "2006-2007-ci il təvəllüdlü idmançılar arasında mübarizə apardım. Rəqiblərim güclü idi. Təəssüf ki, birinci ola bilmədim".
İdmançı bu yarışda iştirak etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Turnirin gələcək illərdə də təşkili ölkəmizdə avarçəkmənin inkişafına müsbət təsir edəcək".
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
- Ayxan Abbasov: "Futbolçular uduzmaqdan qorxurdu, günahkar axtarmıram"
- “Fənərbaxça”ya göz dəydi: ciddi itkilər
- Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- “Qalatasaray” yeni mövsümdə onları istəmir – “13-lük”