Mingəçevirdə avarçəkmə üzrə Federasiya Kuboku keçiriləcək
29.01.2026 - 19:57
Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə konsept trenajorda Federasiya Kuboku turniri baş tutacaq.
Apasport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçeviri təmsil edən 30-dan çox idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğularında keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.
- Şahmatçıların yeni reytinq siyahısı açıqlanıb
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!
- ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- "Neftçi" 32 il sonra antirekordunu təkrarlayıb
0
0