Sloveniyada beynəlxalq turnir start götürüb
02.04.2026 - 23:57
Sloveniyada beynəlxalq turnir start götürüb

Sloveniyada yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışa start verilib. 

Apasport.az xəbər verir ki, ilk gündə idmançılar dənizə çıxaraq 3 yarışı tamamlayıblar. 

Gün ərzində hava şəraitinin nisbətən küləkli keçməsi iştirakçılar üçün maraqlı mübarizə şəraiti yaradıb. 
Reqataya aprelin 6-da yekun vurulacaq. 

Azərbaycanı turnirdə məşqçi Panagiotis Papadakis başçılığı altında Kamal Bəşirli, Furkan Mustafayev, Nurlan Ağazadə, Amin Cəlilzadə, Səma Mansurzadə, Amina Bayramova, Emel Məmmədli təmsil edirlər.

Komandanın rəhbəri Burcu Algon Giorgiannidir.