Təmsilçilərimiz beynəlxalq reqatada iştirak edəcəklər
30.05.2025 - 17:53
Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq.
Apasport.az xəbər verir ki, iyunun 1-2-də keçiriləcək yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq.
Kanoe növündə bir avarçəkənimiz Hüseyn Səmədli mübarizə aparacaq. Digər 6 idmançımız - Mustafa Vəlizadə, Elmir Tarverdiyev, İvan Vorobjanskiy, Vacib Babayev, Hüseyn Həsənov və Nuran Rəhimli yarışlarda kayak qayığında güclərini sınayacaqlar.
- "Barselona"nın vitse-prezidenti Xavi ilə bağlı qərarını açıqlayıb
- "Sabah" - "Levski" matçına satılan biletlərin sayı açıqlanıb
- Atletika üzrə ölkə çempionatına start verilib - FOTO
- Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsinə qatılacaqlar
- Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
0
0