4 parakarateçimiz final mərhələsinə yüksəlib
11.05.2024 - 00:44
Azərbaycan yığmasının 4 parakarateçisi Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə həlledici döyüşə çıxacaq.
Daha 3 parakarateçimiz isə bürünc medal uğrunda yarışacaq. Rənad Əliyevin rəhbərlik etdiyi komandanın heyətində Ariana Mitlinova, Fərid Savadov və Hüseyn Məmmədli 3-cu yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
- Alveş klub alıb karyerasını bərpa etmək istəyir
- “Mançester Yunayted” son dəqiqələrdə sevindi
- Ayxan Abbasovun müqaviləsinin detalları
- Azərbaycan – İsveç oyunu üçün Metronun iş rejimi dəyişdirildi
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
0
0