Beş karateçimiz dünya çempionatına lisenziya qazanıb - FOTO
19.10.2025 - 22:25
Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.
Apasport.az xəbər verir ki, mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.
Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək.
- "Liverpul" və "Mançester Siti" "Real"ın hücumçusunu almaq istəyir
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- "İnter" ispaniyalı qolkiperlə müqavilə imzalayacaq
- Pioliyə ikinci qızıl medal veriləcək - SƏBƏB
- I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB
0
0