22–24 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində “Marmara Kuboku” beynəlxalq karate turniri baş tutub.
Apasport.az xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsindən yüzlərlə idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycanı uğurla təmsil edən yeniyetmə karateçimiz Seyidəli Fəttahlı böyük nailiyyət qazanıb.
14–15 yaşlı idmançıların mübarizə apardığı -52 kq çəki dərəcəsində qüvvəsini sınayan Seyidəli turnir ərzində 6 döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək, qızıl medalın sahibi olub.
O, final görüşündə də üstünlüyünü qoruyaraq, kürsünün ən yüksək pilləsinə qalxıb və beynəlxalq turnirin çempionu adına layiq görülüb.
- "Fənər" - "Feyenoord" matçı bu kanalda
- Boluspor"un rəsmisi: "Eddini istədik, büdcəmiz imkan vermədi" - Müsahibə
- III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib
- “Qarabağ” transfer axtarışında: BRAZİLİYA VƏ PORTUQALİYADA
- Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatına qatılacaqlar