“Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO
18.05.2026 - 13:01
Sumqayıt şəhərində karate üzrə II ənənəvi kubok yarışı keçirilib.
Apasport.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarışda “Lions King” klubunun idmançıları uğurlu çıxış ediblər.
2-ci dan qara kəmər ustası Sənan Məhərrəmovun rəhbərlik etdiyi komanda yarışda 2 qızıl və 1 bürünc medal qazanıb.
Əliyev Həmzə (8-9 yaş, 34 kq) və Məhərrəmov Sabir (10-11 yaş, 25 kq) kubokun qalibi olublar. Qəhrəmanlı Ömər isə turniri üçüncü pillədə başa vurub.
- Azərbaycan Futzal Federasiyasının iclası keçirilib
- İsveçrə çempionatının qalibi bəlli oldu - KLUB TARİXİNDƏ İLK DƏFƏ
- "Xilasedici" Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxacaq
- Portuqaliyadan Azərbaycana - “Karvan”dan növbəti transfer
- "Beşiktaş" "Volfsburq"un hücumçusunu heyətinə qatır
0
0