A Seriyası: “Komo”dan darmadağın
25.11.2025 - 01:40
İtaliya A Seriyasında XII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki matç baş tutub.
"Sassuolo" öz meydanında "Piza" ilə qarşılaşıb.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Komo" isə səfərdə "Torino"nu 5:1 hesabı ilə darmadağın etməyi bacarıb.
0
0