"Arsenal" "Everton"dan qisasını 4 qat aldı
02.03.2023 - 02:10
İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış 2 matç keçirilib.
Apasport.az xəbər verir ki, təxminən 1 ay əvvəl (4 fevral) "Everton"a Liverpulda 0:1 uduzmuş "Arsenal" bu dəfə bu rəqibini Londonda qəbul edib. Görüş Mikel Artetanın yetirmələrinin 4:0 darmadağını ilə nəticələnib.
"Liverpul" isə "Vulverhempton"u 2:0 məğlub edib.
Bu nəticələrdən sonra "Arsenal" xalını 60-a yüksəldərək yenidən ən yaxın izləyicisi "Mançester Siti"ni 5 xal qabaqlayıb. Premyer Liqada ardıcıl 4 matçdır ki, məğlubedilməz olan "Liverpul" isə 6-cı yerə qalxıb. Mersisayd təmsilçisinin 39 xalı var.
- Çempion taekvondoçumuz: "Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"
- Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı
- AL: "Sabah" mübarizəni dayandırdı - YENİLƏNİB
- Paris-2024-ün finalçıları bədii gimnastika üzrə ustad dərsləri keçiriləcək
- Dünya çempionatı üçün seçim turniri başladı
0
0