Almaniya Bundesliqasında XXIV tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün 6 oyun keçirilib.
Günün maraqla gözlənilən qarşılaşması Frankfurtda baş tutub. "Ayntraxt" "Bayer"i qəbul edib.
Oyunda hesabı qonaqlar açıblar. Natan Tella fərqlənib. Çox keçmədən Nordi Mukiele adını tabloya yazdırıb. Leverkuzen təmsilçisi ilk hissədə daha bir qol vurmağı bacarıb. Patrik Şik hesabı 3:0 edib. Meydan sahibləri Uqo Ekitike ilə fərqi 2 topa endiriblər.
Lakin ikinci yarıda qonaqlar daha bir qol vurublar. Aleks Qarsiya matçda yekun nəticəni müəyyənləşdirib - 4:1.
Almaniya Bundesliqası
XXIV tur
"Haydenhaym" - "Borussiya" M 0:3
"Leyptsiq" - Maynts" 1:2
"St. Pauli" - "Borussiya" D 0:2
"Boxum" - "Hoffenhaym" 0:1
"Verder Bremen" - "Volfsburq" 1:2
"Ayntraxt" - "Bayer" 1:4
- Marko Yankoviçin "Qarabağ"a keçidi rəsmiləşdi - 3 illik müqavilə
- “Qarabağ” “Dinamo”ya belə məğlub oldu - VİDEO
- “Ayaks” "Qarabağ"la görüşə “Neftçi”nin bazasında hazırlaşacaq
- ABL: "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub