Bundesliqa: VIII tura yekun vurulub
                    
                    27.10.2025 - 00:17
                        
                    
                    Almaniya Bundesliqasında VIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.
"Bayer" öz meydanında "Frayburq"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun son matçında isə "Ştutqart" "Maynts"ı 2:1 hesabı ilə məğlub edib.
                                
                                0
                                
                                0