İngiltərə Premyer Liqasında XXXVII turun oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
“Mançester Siti” doğma meydanda “Bornmut”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda “şəhərlilər” rəqibini 3:1 hesabı ilə məğlub ediblər.
Bu görüş həm də Kevin De Bruynenin “Mançester Siti”nin heyətində son oyunu olub. Belçikalı futbolçu azarkeşlərlə vidalaşıb.
Günün digər qarşılaşmasında isə “Kristal Pelas” öz meydanında “Vulverhempton”u 4:2 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
XXXVII tur
23:00. “Kristal Pelas” - “Vulverhempton” - 4:2
23:00. “Mançester Siti” - “Bornmut” - 3:1
- Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
- Tahir Gözəl: "Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları...”
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- III MDB Oyunları: Azərbaycan cüdoçuları 21 medal qazanıblar
- Premyer Liqa: “Sumqayıt”dan səfər qələbəsi - YENİLƏNİB