“Fənərbaxça”nı dayandıran tapılmır: KOMANDADAN NÖVBƏTİ QƏLƏBƏ
09.02.2026 - 22:56
Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün “Fənərbaxça” meydana çıxıb.
İstanbul nəhəngi “Gençlerbirliği”ni qəbul edib. Meydan sahibləri matça fəal başlayıb. Komanda ilk hissədə üç qol vurub. Öncə Anderson Talişka penaltidən fərqlənib, ardından Kerem Aktürkoğlu dubl müəllifi olub.
Oyunun ikinci yarısı isə məhsuldar alınmayıb. Yalnız bir qol vurulub. Qonaqlar Seku Koyta ilə təsəlli topuna imza atıb - 1:3.
Qeyd edək ki, xallarının sayını 49-a çatdıran “Fənərbaxça” “Qalatasaray”la xal fərqini yenidən 3-ə endirib.
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
- 33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- AFFA II Liqa klublarını cərimələyib
- Çempionlar Liqası: Daha 2 klub növbəti mərhələ şansını itirdi
- Azərbaycan Avropa Liqasından kənar qaldı
0
0