“Fənər”dən inamlı qələbə
02.03.2025 - 23:30

Türkiyə Super Liqasında XXVI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" evdə "Antalyaspor"u qəbul edib.
Görüşə yaxşı başlayan ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Bu qələbə ilə xallarının sayını 61-ə çatdıran "sarı-lacivərdlilər" lider "Qalatasaray" ilə aralarındakı xal fərqini 4-ə endirib.
Türkiyə Super Liqası
XXVI tur
21:30. “Fənərbaxça” - “Antalyaspor” - 3:0
0
0