İtaliya A Seriyasında növbəti təxirəsalma
                    
                    22.04.2025 - 22:03
                        
                    
                    İtaliya A seriyasında növbəti təxirəsalınma yaşanıb.
Apasport.az xəbər verir ki, XXXIV turun aprelin 26-da keçirilməli olan oyunları təxirə salınıb.
Buna səbəb Roma Papası Fransiskin ölümü ilə bağlı ölkədə elan olunmuş 5 günlük matəmdir.
"Komo" - "Cenoa", "İnter" - "Roma" və "Latsio" - "Parma" qeyri-müəyyən vaxta təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşəcək.
Qeyd edək ki, A seriyasında 23-cü turunun dünən keçirilməli olan 4 matçı da baş tutmayıb.
                                
                                0
                                
                                0