Joze Mourinyo həmyerlisini yola salır
27.12.2023 - 23:18

"Roma"nın PSJ-dən icarəyə götürdüyü Renato Sançes komandanı vaxtından əvvəl tərk edəcək.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisinin məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçinin performansından razı deyil. A Seriyası klubu buna görə də oyunçunu yanvar ayında komandadan göndərəcək.
Qeyd edək ki, "Roma" Renato Sançesi bu ilin yayında bir mövsümlük icarəyə götürmüşdü. 26 yaşlı orta xətt oyunçusu "canavarlar"ın heyətində meydana çıxdığı 9 matçda 1 qol vurub.
- Şahruddin start heyətdə başladı, 3 qol buraxdı - VİDEO
- Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçildi
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Millimizin baş məşqçisi: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
- "Barselona" 75 milyon avroya hücumçu almaq istəyir
0
0