"Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
17.12.2023 - 00:12
"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
28 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına uyğun gəlmir. Ona görə də Fillips klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Fillips ötən il “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya keçmişdi. Bu mövsüm Kalvin 306 dəqiqə meydanda olub, 1 qol vurub və 9 qolun ötürməsini verib.
- Boksçularımız Banqkokda Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər
- Azərbaycan millisində 22 futbolçu
- "Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə
- Belə üzrxahlıq görülməmişdi: YAPON İDMANÇIDAN MARAQLI ADDIM
- Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0