"Milan" evində "Atalanta"ya məğlub olub
21.04.2025 - 01:11
"Milan" evində "Atalanta"ya məğlub olub

İtaliya A Seriyasının 33-cü turu çərçivəsində "Milan" doğma "San Siro"da "Atalanta"nı qəbul edib.

Apasport.az xəbər verir ki, görüş Qasperinin komandasının qələbəsi ilə başa çatıb: 1:0.

Matçın həlledici qolu 62-ci dəqiqədə Edersondan gəlib.

Berqamo təmsilçisi bu qalibiyyətdən sonra xallarının sayını 64-ə çatdırıb və Çempionlar Liqasına getmə yolunda vəziyyətini xeyli yaxşılaşdıraraq 3-cü pillədə qərarlaşıb.

"Milan" isə 51 xalla 9-cu pillədə qalıb.