"PSV" maksimal nəticə ilə davam edir
18.08.2024 - 17:15
Eredivizianın ikinci həftəsində "PSV Eyndhoven" səfərdə "Herakles"i məğlub edib.
Apasport.az xəbər verir ki, "Asito" stadionunda oynanan matç 3:1 hesabı ilə yekunlaşıb.
"PSV"-nin heyətində Yohan Bakayoko və Şuaib Drioeş fərqləniblər. İvan Meşik isə avtoqol müəllifi olub. "Herakles"in yeganə qolunu isə Brian De Keersmaeker vurub.
Bu qələbə ilə "PSV" maksimal nəticə göstərərək xalını 6-ya çatdırıb. "Herakles"in isə aktivində 1 xal var.
Qeyd edək ki, 3-cü turda "Herakles" "Willem II" klubunu qəbul edəcək, Eyndhoven təmsilçisi isə "Almere Siti"nin qonağı olacaq.
- Vasili Berezutski: “Səbəbini bilsəydim, deyərdim”
- “Fənərbaxça”dan 10 milyonluq transfer
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
- Yüksək Liqa: IV turun oyunları keçirilib
0
0