
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna gedəcəyi növbəti dəfə təkzib olunub.
Apasport.az xəbər verir ki, dünya çempionatından sonra Madrid “Real”ında hazırlıq keçən superulduzun bu dəfə karyerasını sabiq komandasında davam etdirəcəyi iddiası ortaya çıxıb.
Bildirilir ki, onun meneceri Jorge Mendes “Kral klubu”nun nümayəndələri ilə Ronaldonun transferini müzakirə etməyə başlayıb.
Qeyd edək ki, ötən gün Ronaldonun tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına getdiyi iddia edilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb. Son klubu “Mançester Yunayted” olan futbolçu 2009-2018-ci illərdə “Real”da oynayıb.
- "Göyəzən" və "Xankəndi" II Liqa yolunda: İNAMLI QƏLƏBƏLƏR
- Berezutski islahatlara başladı - ”Sabah”a rusiyalı futbolçu gətirir
- "Formula-1": Latifinin bolidinin mühərriki dayandı
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- PSJ-nin sahibi "Liverpul" və ya "Mançester Yunayted"i istəyir