Super Liqa: “Fənərbaxça” 3 xalı 4 qolla qazandı
23.08.2026 - 00:31
Türkiyə Super Liqasında II turun matçları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Samsunspor" "Rizəspor"u, "Kasımpaşa" isə "Çorum"u səfərdə məğlub edib - 2:0, 1:0.
Günün son matçı İstanbulda baş tutub. "Fənərbaxça" öz meydanında "Konyaspor"u qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qola şahidlik ediblər. Görüş "sarı-lacivərdlilər"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura avqustun 24-ü yekun vurulacaq.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Parisdə kata üzrə dünya çempionatı keçiriləcək
- Əvəzedicilər Liqası: IV turun təyinatları açıqlanıb
- Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
- “Turan Tovuz”dan 2 milyon dollarlıq əməkdaşlıq
0
0