Super Liqa: “Qalatasaray” turu qələbə ilə başa vurdu
21.12.2025 - 22:55
Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Alanyaspor” doğma meydanında autsayder “Karagümrük”lə qarşılaşıb.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray” isə “Kasımpaşa” ilə üz-üzə gəlib. “Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.
“Samsunspor” isə “Göztəpə” ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- “Bayer”in futbolçusu İspaniya klubuna keçə bilər
- "Turan Tovuz" "Kəpəz"lə heç-heçə edib
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Lids”in yarımmüdafiəçisi top klubların marağında
0
0