İngiltərə Premyer Liqasında XXXII tura darmadağın nəticələrlə yekun vurulub.
Apasport.az xəbər verir ki, Avropa Konfrans Liqasında yarımfinala vəsiqə qazanmış "Vest Hem" səfərdə "Bornmut"u darmadağın edib – 4:0.
Ən gözlənilməz nəticə isə "Nyukasl" – "Tottenhem" matçında qeydə alınıb. Çempionlar Liqasına düşmək üçün həlledici qarşılaşmalardan hesab olunan matçın ilk 21 dəqiqəsində artıq "Nyukasl" 5:0 öndə olub. Ceykob Mörfi və Aleksander İsakın dubl etdiyi görüşdə yekun hesab "Nyukasl"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu nəticədən sonra "Nyukasl" xallarını "Mançester Yunayted"lə bərabərləşdirib. Top fərqinə görə "sağsağanlar" 3-cü sıraya yüksəlsə də, "qırmızı şeytanlar" 1 oyun az keçirib.
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- "Fənərbaxça"nın ulduz futbolçusu "Qalatasaray"ın radarına düşüb
- Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər
- Yay Olimpiya Oyunlarında Azərbaycanın Dövlət Himni səsləndirilib
- “İmişli” AFFA-nın qərarından şikayət verəcək