Turin derbisində 6 qol vuruldu
01.03.2023 - 01:56
İtaliya çempionatında XXIV tura Turin derbisi ilə yekun vurulub.
Apasport.az xəbər verir ki, "Yuventus" öz meydanında "Torino"nu qəbul edib.
Matç derbi ab-havasında keçib və 6 qol vurulub. Bunadək turnir cədvəlində qonşu olan komandalaların oyunundan "Yuventus" qalib ayrılıb – 4:2.
Qeyd edək ki, 15 xalı silinmiş "Yuventus" bu qələbədən sonra 7-ci pilləyə qalxıb. Komanda artıq son 4 matçdır ki, İtaliya çempionatında qələbə qazanır.
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı bəlli olub
- “Sabah”ın sabiq məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu
- UEFA-dan Belçika – İsveç oyunu ilə bağlı qərar
- Murat Dikmən: “Hər ötən gün daha da güclənirik”
0
0