Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizəyə aparıb.
Aydın Süleymanlı Tailand şahmatçısı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.
Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq Dünya Kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0.5-1.5 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.
Dünya Kubokunda 1/32 mərhələyə noyabrın 4-də start veriləcək. Bu mərhələdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yarışa qoşulacaq.
Ş.Məmmədyarov Gerqeli Kantorla (Macarıstan), R.Məmmədov isə Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaq.
Qeyd edək ki, Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Dünya Kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdi.
- Almaniyada Flik barədə qərar verildi
- "Qəbələ"nin hücumçusu: "Qəbələdəki şərait Antalyadan geri qalmır" - Müsahibə
- "Neftçi" kapitanla yeni müqavilənin detallarını açıqladı
- Mahir Emreli: "Bu komandanın bir parçası olmaqdan qürur duyuram"
- Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi KEÇİRİLİB