Eltac Səfərli “Masters”də vahid lider olub
                    
                    21.07.2024 - 11:01
                        
                    
                    Azərbaycan şahmatçısı Eltac Səfərli Belqradda keçirilən “Masters” turnirində vahid lider olub.
Apasport.az xəbər verir ki, o, səkkizinci turda ardıcıl dördüncü qələbəsini qazanıb.
Səfərli bu dəfə əlavə göstəricilərdə qrossmeysterimizdən geri qalan Ariel Erenberqə (İsrail) qalib gəlib.
Şahmatçımızın aktivində 7 xalı var. Ona turnirin qalibi olmaq üçün sonuncu turda heç-heçə də kifayətdir.
                                
                                0
                                
                                0