Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.
Apasport.az xəbər verir ki, onlar bu gün AŞF, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcəklər.
Mərasim "Baku Kristal Zal"ın Sərgi Mərkəzində, saat 14-30-da başlayacaq.
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.
- Valdas Dambrauskas: "Hakimin son saniyədəki qərarı bizə böyük zərər verdi”
- Ali Sou daha bir il “Ankaragücü”ndə oynayacaq
- “Mançester Yunayted” Bellinqem üçün 200 milyon avro ödəməyə hazırdır
- “Neftçi”nin gözü Macarıstan millisinin futbolçusunda
- "Fənərbaxça" azarkeşlərinin ahı tutdu: Ozan Tufan zədələndi