FIDE prezidenti Bakıya səfər edib - FOTO
05.10.2026 - 09:29
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.
Apasport.az xəbər verir ki, səfər çərçivəsində Turlov Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.
Tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi və FIDE ilə AŞF arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, ötən ay Timur Turlov FIDE prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə qurumun vitse-prezidenti seçilib.
- Yan Vertonqen Belçika millisindəki karyerasını başa vurub
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- Azərbaycanın U-15 millisinin seleksiya xarakterli təlim-məşq toplanışı olacaq
- 9 güləşçimiz İstanbuldakı lisenziya turnirinə qatılacaq
- ÇL: Cavab oyunlarına start verilib - YENİLƏNİB
0
0