
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.
Apasport.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.
Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
- Türkiyəli futbolçu "Qarabağ"la matçı buraxacaq
- Tayson Fyuri çempionluq kəmərini 3-cü dəfə müdafiə etdi
- Gənc taekvondoçular arasında Azərbaycan Kubokuna start verilib
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb