
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- “Qalatasaray” braziliyalı futbolçunu heyətinə qatmaq istəyir
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- Azərbaycan Kuboku: "Sumqayıt" "Neftçi"yə qarşı
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycanla yenidən oynamaq istəmirdik"
- Yunanıstanın basketbol liqasından türklər barədə tarixi qərar