Ölkə çempionatında 20 şahmatçı mübarizə aparır
11.04.2024 - 20:00
Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarət olacaq.
İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək.
20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdır.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.
Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.
- "Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
- Azərbaycan millisinin "Türkdilli Ölkələr Turniri" üçün heyəti bəlli olub
- "Arsenal" da Bellingemi heyətinə cəlb etmək üçün mübarizə aparacaq
- Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi...
- "Sabah" Azərbaycan çempionatlarında 250 qol vurub
0
0